• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Taksidə kondisioner üçün əlavə 1 manat da verməliyik? - AÇIQLAMA

CƏMİYYƏT

09 Iyul 2024 | 14:37

Taksidə kondisioner üçün əlavə 1 manat da verməliyik? - AÇIQLAMA

Taksilərdə, avtobuslarda, ümumiyyətlə ictimai nəqliyyatda havalandırma sistemi yayda da, qışda da sərnişin və sürücü arasında problem yaradan məsələlərdən biridir.

Bəzən taksi sürücüləri kondisioneri işə salmaq üçün sərnişindən əlavə 1 manat da istəyir.  Bu məsələ zaman-zaman müzakirə olunmağına baxmayaraq, həllə də həllini tapmayıb.

Elə bugünlərdə sosial şəbəkədə paylaşılan görünrüdə də sərnişinin kondisioneri qoşmadlğına görə sürücüyə iradı əks olunub.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bütün sərnişin daşıyan şirkətlər, o cümlədən sürücülər sərnişinlərin rahat və təhlükəsiz daşınmasını həyata keçirməyə borcludurlar və bu onların birbaşa vəzifəsidir:

 

Eldəniz Cəfərov: Yay mövsümündə ictimai nəqliyyatda kondisionerlərin işləməsi məcburidir

Onun sözlərinə görə, sürücülər sərnişindaşınmada tenderdə qalib gələrkən bu şərtlər onların qarşısına müvafiq qurumlar tərəfindən qoyulur və onlar da həmin şərtlərlə razılaşırlar:

“Həmçinin taksidə də sərnişindaşınma ilə məşğul olan sürücülər də bununla bağlı müvafiq qurumların öhdəlikləri ilə razılaşırlar, onların çalışdığı taksi şirkətlərinin qarşısında da bu tələblər qoyulur”.

Ekspert qeyd edib ki, yay mövsümündə ictimai nəqliyyatda kondisionerlərin işləməsi məcburidir:

“Bu, istər ekonom, istər komfort bütün sinif taksilərə aiddir. Bunların hamsında yayda kondisioner qışda isə isitmə sistemi işləməlidir”.

Eldəniz Cəfərov vurğulayıb ki, bunun üçün sürücü sərnişindən əlavə xərc tələb edə bilməz.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Oktyabr 2024