• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Fərid Məmmədovla Ağdamda vida mərasimi keçirilib - YENİLƏNİB

CƏMİYYƏT

08 Avqust 2024 | 12:50

Fərid Məmmədovla Ağdamda vida mərasimi keçirilib - YENİLƏNİB

Laçın rayonunda iki il əvvəl itkin düşərək həlak olan hərbçi Fərid Məmmədovla Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hərbçinin nəşi Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində F.Məmmədovun doğmaları, rəsmi şəxslər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

***

12:14

Laçın rayonunda iki il əvvəl itkin düşərək həlak olan hərbçi Fərid Məmmədovun meyitinin qalıqları Ağdam rayonunda ailəsinə təhvil verilib.

Bakıvaxtı.az xəbər verir ki, hazırda həlak olan hərbçi ilə vida mərasimi keçirilir.

Qeyd edək ki, Fərid Əjdər oğlu Məmmədov 2003-cü il mayın 23-də anadan olub. F.Məmmədov və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayev 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.

F.Məmmədov Ağdam rayonu Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024