• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Taksi fəaliyyətində icazələrin verilməsinə başlanıldı

CƏMİYYƏT

16 Oktyabr 2023 | 16:11

Taksi fəaliyyətində icazələrin verilməsinə başlanıldı

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb. Artıq 4 şirkət müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazənin alınması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, taksi sifarişi operatorlarının fəaliyyətinin müvafiq icazə əsasında tənzimlənməsi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi baxımından önəmlidir.

Belə ki, sözügedən icazə taksi sifarişi operatorunun təqdim etdiyi xidmətlərin, o cümlədən müştərilərin fərdi məlumatlarının təhlükəsizliyinin standartlara uyğunluğunu təsdiqləyir.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, taksi sifarişi operatorlarının xidmət göstərdikləri zaman istifadə etdikləri fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçirilməli və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət edilməlidir.

Qeyd edək ki, taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR