• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Taliban" Əfqanıstanda özbək dilinin rəsmi statusunu ləğv etdi

DÜNYA

18 Sentyabr 2021 | 23:53 | Müəllif: Subhan Mahmudov

"Taliban" Əfqanıstanda özbək dilinin rəsmi statusunu ləğv etdi

"Taliban" tərəfindən Əfqanıstanda özbək dilini rəsmi statusdan məhrum edən müvəqqəti qanun qüvvəyə minib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən İslam dininin sünni-hənəfi məzhəbi Əfqanıstanın rəsmi dini, puştu və dari isə rəsmi dil kimi qəbul edilir.

Eyni zamanda Əfqanıstanın şimal əyalətlərinin bir çox sakini özbək dilində danışır ki, bu da əhalinin 8-9 faizini təşkil edir. Ölkədə əhəmiyyətli sayda şiələr də var.

İcra hakimiyyətinin başçısı vətəndaşlar və ali məclis üzvləri tərəfindən seçilən prezident hesab edilir.

Bundan əlavə, ölkədə bir bayram təsis edilib - "İngilislərdən, ruslardan və amerikalılardan müstəqillik günü".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR