• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

“Taliban” İrandan neft alır

İQTİSADİYYAT

23 Iyul 2022 | 22:17

“Taliban” İrandan neft alır

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hökumətinin Maliyyə Nazirliyi İranla bu ölkədən 350 min ton neft alınması ilə bağlı razılaşmanı əldə olunduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Aamaj News” agentliyi məlumat yayıb.

Maliyyə Nazirliyinin dərc etdiyi bülletendə deyilir ki, Tehranda aparılan danışıqlarda İranın dövlət neft-qaz şirkəti, Xarici İşlər Nazirliyi, Ticarət Nazirliyi, Mərkəzi Bank və Normalar və Standartlar departamentinin birgə nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Səfər zamanı İranın səhmdar cəmiyyəti ilə 350 min ton neftin alınmasına dair müqavilə imzalanıb və yaxın günlərdə onun Əfqanıstana idxalı prosesinə başlanılacaq.

Bundan əlavə, bu səfər zamanı “Taliban”ın nümayəndə heyəti İran rəsmiləri ilə neft məhsullarının alınması, keyfiyyəti, qiyməti və tranziti, eləcə də lazımi şəraitin yaradılması məsələlərini müzakirə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026