Əfqanıstanda hakimiyyət ələ keçirildikdən sonra ilk dəfə olaraq Taliban yaraqlıları öz lideri Xeybətullah Axundzadənin fotosunu dərc ediblər.
Bakıvaxtı.az xəbər verir ki, şəkili "TOLO News"un keçmiş əməkdaşı yerli jurnalist Müslüm Şirzad Əfqanıstan siyasi şərhçisi Nazar Mohammad Motmainə istinadən Twitter -də yerləşdirilib.
Bu, Taliban lideri haqqında mediada uzun müddət sonra çəkilmiş ilk fotoşəkildir. Eyni zamanda, şəklin altındakı şərhlərdə istifadəçilər fotonun iki il əvvəl çəkildiyini bildirirlər.
















