Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrullah Salehə sadiq qoşunlar Kabulun şimalındakı Pəncşirdə Talibanla mübarizə aparır.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı qüvvələr daha əvvəl Pərvan əyalətinin Çarikar bölgəsindən Talibanı çaxara biliblər.
Ölkənin vitse-prezidenti Əmrullah Salehin rəhbərliyi ilə Əfqanıstan müqavimət qüvvələri ölkəni nəzarətə götürən Taliban yaraqlıları ilə fəal döyüşlərə başlayıblar.
Mənbə müqavimət göstərən qüvvələrin Pərvan əyalətindəki Çarikar bölgəsini Talibandan geri aldığı və Talibanın hakim ola bilmədiyi yeganə bölgə olan Pəncşirdə şiddətli döyüşlərin davam etdiyini bildirib.
Qeyd edək ki, respublikanın ən əhəmiyyətli nəqliyyat yolu Kabulu Əfqanıstanın şimalındakı ən böyük şəhər olan Məzari-Şəriflə birləşdirən Çarikardan keçir.
Hazırda general Əbdül Rəşid Dostum da daxil olmaqla, Pəncşirdəki əfqanlara dəstək olmaq üçün on min döyüşçü yolda olduğu bildirlir.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















