• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ombudsmanlar Şuşaya səfər ediblər

GÜNDƏM

16 Sentyabr 2021 | 19:12 | Müəllif: Subhan Mahmudov

Ombudsmanlar Şuşaya səfər ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin dəvəti ilə ölkəmizə gələn İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə faktaraşdırıcı səfəri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 16-da Şuşa şəhərinə gəlib.

Assosiasiyanın Baş katibinin müşaviri Muhammad Javed Ghaninin də daxil olduğu nümayəndə heyəti Ermənistanın Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla yerində tanış olacaq.

Faktaraşdırıcı missiya ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR