Azərbaycanın qadınlardan ibarət “Gənclər Birliyi” klubunun sabiq baş məşqçisi Vladimir Korotkiy vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, 83 yaşlı mütəxəssis ürək xəstəliyindən vəfat edib.
Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, 1939-ci ildə Bakıda anadan olan Vladimir Korotkiy ömrünü həndbola sərf edib.
O, SSRİ yığma komandasının üzvü, Azərbaycanın əməkdar məşqçisi, idman ustası olub.

















