• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Tanınmış idmançının qatili ÖLDÜRÜLDÜ

HADİSƏ

24 Mart 2025 | 23:09

Tanınmış idmançının qatili ÖLDÜRÜLDÜ

Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb. 

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb.

27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib. 

A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.

O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirən şəxs imiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir. 

Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda “Yeddi Gümbəz” qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atasının qarşı tərəfdən şikayətçi olmadığı bildirilib. 


SON XƏBƏRLƏR

25 Mart 2025