• Bakı 13° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Sabirabadda yanğında xəsarət alanlardan XƏBƏR VAR: Birinin vəziyyəti...

HADİSƏ

10 Aprel 2025 | 09:46

Sabirabadda yanğında xəsarət alanlardan XƏBƏR VAR: Birinin vəziyyəti...

Aprelin 10-da saat 04:40 radələrində Sabirabad rayonunun Balahəşimxanlı kəndində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində 7 nəfər (4 qadın, 3 kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 6 nəfər ambulator müalicə üçün evə buraxılıb.

"2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) bədənin 99 faizini əhatə edən 3-cü dərəcəli yanıq diaqnozu təyin olunub. Pasiyentə bütün zəruri reanimasiya tədbirləri göstərilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir və ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi planlaşdırılır".- deyə məlumatda vurğuıanıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

17 Aprel 2025