• Bakı C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.8423

    RUB - 0.0186

TƏBİB-dən məktəblilərlə bağlı məsələyə MÜNASİBƏT

CƏMİYYƏT

25 May 2023 | 17:21

TƏBİB-dən məktəblilərlə bağlı məsələyə MÜNASİBƏT

"Uşaqların icbari dispanserizasiyası" haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika müəssisələrində müayinələr aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, müayinələr bu müəssisələr tərəfindən dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartlarına uyğun olaraq tərtib edilmiş müayinə cədvəlinə və sahə prinsipinə əsasən həyata keçirilir:

"İcbari dispanserizasiyadan keçiriləcək uşaqların həkimin çağırışı ilə tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar".

"Uşaqlarını müayinəyə gətirən valideynlər tərəfindən qaydalara əməl edilməməsi uşaqların randevu sistemi ilə müayinədən keçirilməsində problem yaradır, onlar qısa vaxtda bütün müayinələrin aparılması tələbini irəli sürürlər. Tibb müəssisəsinə növbə sisteminin tənzimlənməsi üçün əlavə tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib", - deyə cavabda bildirilib.

Qeyd edək ki, sosial şəbəkədə məktəblilərin tibbi arayış üçün poliklinikalara göndərilməsi və bu zaman üçün böyük növbə yarandığı ilə bağlı məlumatlar yayılıb.


SON XƏBƏRLƏR

28 Fevral 2024