• Bakı 12° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Bakıda çoxmərtəbəli binadakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO/FOTOLAR

HADİSƏ

28 Noyabr 2025 | 19:23

Bakıda çoxmərtəbəli binadakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO/FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb.

***19:14

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin çevik müdaxiləsi sayəsində paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. 

Əlavə məlumat veriləcək.

***19:04

Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Montin qəsəbəsində baş verib.

Binanın altıncı mərtəbəsinin blokunda başlayan yanğın yuxarıya doğru irəliləyir.

Hadisə yerinə FHN, polis və təcili yardım cəlb edilib. Bina sakinlərinin hamısı təxliyə edilib.

***

Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

 

***19:04

Məlumata görə, binanın altıncı mərtəbəsinin blokunda başlayan yanğın yuxarıya doğru irəliləyir. Bina sakinləri hamısı təxliyə edilib.

***

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Hadisə yerində insanların təhlükəsiz şəkildə təxliyəsi, ərazinin nəzarətə götürülməsi və yanğınsöndürənlərin maneəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində operativ tədbirlər görülür.

18:51

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

 


SON XƏBƏRLƏR