• Bakı 18° C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Təcili yardım avtomobili zəncirvarı qəzaya düşdü - FOTO

HADİSƏ

07 Iyul 2024 | 13:23

Təcili yardım avtomobili zəncirvarı qəzaya düşdü - FOTO

Quba şəhərində zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtıa.z-ın verdiyi xəbərə görə, hadisə H.Əliyev prospekti ilə Memar Əcəmi küçələrin kəsişməsində baş verib.

İki "Mersedes" markalı avtomobillər və TƏBİB-ə məxsus təcili tibbi yardım avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qəzaya səbəb kimi elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforun işləməməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır./apa


SON XƏBƏRLƏR