• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Təhsil İdarəsində insident: Qazi saxlanıldı

HADİSƏ

24 Sentyabr 2024 | 13:05 | Müəllif: Qalib İbrahimoğlu

Təhsil İdarəsində insident: Qazi saxlanıldı

Gəncə şəhər Təhsil İdarəsində qışqıraraq və uca səslə söyüşlər söyən şəxs saxlanılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, idarəyə müraciət edən S.Hacıyev övladının bağçasını dəyişdirmək istədiyini deyib. O, qəbulda olarkən əsəbi halda qışqıraraq idarənin rəhbərliyini söyməyə və qurumun normal iş nizamını pozmağa başlayıb.

İdarəyə dəvət edilən polis əməkdaşları S.Hacıyevi saxlayaraq polis şöbəsinə aparıblar. Onun barəsində xuliqanlıq əməli maddəsi ilə inzibati protokol tərtib edilib.

Qazi olduğunu bildirən S.Hacıyev törətdiyi əməli etiraf edib:

“Oğlumun bağçasını dəyişdirmək məqsədilə Gəncə şəhər Təhsil İdarəsinə getmişdi. Orada müdir Anar müəllimin qəbuluna düşmək istədim, lakin məni onun yanına buraxmadılar. Həmin vaxt əsəbləşərək səs-küy saldım. Amma heç bir nalayiq ifadə işlətməmişəm. Bir neçə dəqiqəliyinə idarənin iş rejimini pozduğumu etiraf edirəm. Əməlimdən peşman olmuşam, ilk dəfə inzibati xəta törədirəm, həmçinin qaziyəm, himayəmdə iki yaşlı uşağım var, işləmirəm”.

Kərim Abbaszadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026