• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Təhsil krediti kimlərə verilə bilər?

CƏMİYYƏT

07 Fevral 2022 | 11:49

Təhsil krediti kimlərə verilə bilər?

Ödənişli və əyani təhsil alan tələbələrin Təhsil Tələbə Krediti Fondundan kredit ala bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimatda deyib.

O qeyd edib ki, təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir.

"Onlardan 16 min 800-ü sosial təhsil tələbə krediti almaq hüququ olanlardır, 39 min 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir", - deyə o əlavə edib.

Sədr qeyd edib ki, əyani formada ödənişli təhsil alan tələbələrin 13.8 %-nin (20 200) təhsil haqqını dövlət ödəyir və onların kredit almaq üçün müraciət etməyinə ehtiyac yoxdur. Həmin tələbələr həssas qrupa aid olanlardır.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026