Bu gün - 9 sentyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev şəxsi feysbuk hesabında paylaşım edib.
Nazir bildirib ki, Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququ məhdudlaşdırılmışdır: “Bu səbəbdən onlarla şagird həyatını itirmiş, yüzlərlə məktəb məhv edilmiş, yaxud qəzalı vəziyyətə düşmüşdür. Bütün dünya ictimaiyyəti törədilmiş bu vəhşiliklərə qarşı birlikdə səsini ucaltmalı, uşaqların təhlükəsiz gələcəyi üçün biganə qalmamalıdır. Təhsil Nazirliyi olaraq hər bir vətəndaşımızı #EducationUnderAttack və #UnitetoProtect həştəqləri altında ediləcək paylaşımlara dəstək olmağa çağırırıq”.
Nuranə Daxilqızı

















