• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Tənhalıq sağlamlığa ziyandır

CƏMİYYƏT

01 Mart 2024 | 12:44

Tənhalıq sağlamlığa ziyandır

Tənhalıq yaşlı insanların fiziki və psixi sağlamlığını pisləşdirir.

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadla xəbər verir ki, bunu Amsterdam İctimai Sağlamlıq Mərkəzinin və Qlazqo Universitetinin alimləri müəyyən ediblər.

Məlumata görə, tənhalığın yaşlı insanlarda depressiya, demans və qocalıq asteniyasına səbəb ola biləcəyini aydınlaşıb.

Belə ki, kollektiv olaraq alimlər 130-dan çox araşdırmanı təhlil ediblər.  Nəticələr göstərdi ki, müntəzəm ünsiyyətin olmaması yaşlı insanlarda fiziki zəifliyin (asteniya) artmasına səbəb olur. Çox güman ki, bu, hər hansı bir tədbirdə iştirak etmək, dostlar və ailə ilə görüşmək üçün səy göstərmək ehtiyacının olmaması ilə əlaqədardır.

Alimlər, həmçinin tək yaşayan yaşlı insanların demans və depressiyaya tutulma riskinin daha yüksək olduğunu müəyyən ediblər. Bu, hətta minimal fiziki fəaliyyətin və daimi oturmanın olmaması səbəbindən bədəndə iltihabın xroniki olaraq yüksəlməsi ilə bağlı ola bilər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026