• Bakı 23° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Təqaüd alan tələbələrin sayı

CƏMİYYƏT

17 Yanvar 2024 | 13:05

Təqaüd alan tələbələrin sayı

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 55,3 faizi təqaüd alır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Eyni zamanda bildirilib ki, son illər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə olunur.

Belə ki, ali təhsilin bakalavr səviyyəsinə qəbul olunan tələbələrin sayı 2022-ci illə müqayisədə 4,7 faiz artaraq 52,9 min nəfər olub. Qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,8 faiz olub ki, onların da 76,6 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026