• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Təqaüd üçün qiymətləndirmə illik aparılsın - Deputat

CƏMİYYƏT

29 Aprel 2022 | 14:24

Təqaüd üçün qiymətləndirmə illik aparılsın - Deputat

“Milli Məclisin son Plenar İclasında “Peşə Təhsili” haqqında qanuna edilən dəyişikliklər layihəsi müzakirə olundu. Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsasla təhsil almalarından asılı olmayaraq peşə təhsili alan vətəndaşlarımız təqaüd almaq hüququna malikdirlər. Bu zaman yarım illik qiymətləndirmə nəticələri nəzərə alınaraq onların təqaüd hüquq və məbləğləri müəyyənləşəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, müzakirə zamanı təqaüd üçün qiymətləndirmənin əksər inkişaf etmiş ölkələrdə olduğu kimi yarımillik deyil, illik aparılmasını təklif edib:

“Bu, peşə təhsili alanların daha çox təqaüd almasına və daha çox təhsilə fokuslanmasına səbəb ola bilər. Xüsusən 2 illik peşə təhsili alanlar üçün bu, daha vacibdir. Eyni zamanda, prosedurların sayının azalmasına səbəb olaraq təqaüdə əlçatanlığa artırar”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR