• Bakı C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır

CƏMİYYƏT

08 Aprel 2025 | 10:03

Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.

Bakıvaxtı.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər.

Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

- Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

- Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

- Diplomun surəti;

- Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.


SON XƏBƏRLƏR

28 Aprel 2025