ABŞ-ın elektrikli avtomobil nəhəngi Teslanın insanabənzər robotu Optimus yenilənib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask paylaşıb.
Maskın paylaşdığı görüntülərdə Optimusun obyektləri ayırd edə bildiyi, eləcə də balans və çeviklik qabiliyyətini təkmilləşdirdiyi görünür. Optimusa vizual əsaslı sistem vasitəsilə obyektlərin kalibrlənməsi və sıralanması kimi yeni imkanlar verilib.
Əvvəlki versiyasında yerimə qabiliyyəti olmayan Optimusun hazırkı versiyası artıq axıcı hərəkətlər edə bilir.
İnsanabənzər robotun işləməsini təmin edən süni intellekt real insan tərəfindən öyrədilir. Bu təlim çərçivəsində adi bir insanın etdiyi hər hərəkət saatlarla süni intellektə öyrədilir.
İnsanabənzər robotun yayımladığı yeni videoda cisimləri rənglərinə görə tez və aydın bir şəkildə ayırdığı görünür. Optimus obyektlərlə bağlı tapşırığını yerinə yetirdikdən sonra yoqa hərəkətləri edərək uyğunlaşma və tarazlıq qabiliyyətlərini də nümayiş etdirib.
Xatırladaq ki, Tesla Optimusu ilk dəfə 2021-ci ildə təqdim etmiş, keçən il iki fərqli prototip hazırlamışdı. Optimusun kommersiya istifadəsinə veriləcəyi tarix hələ məlum olmasa da, Tesla insanabənzər robotu təhlükəli və təkrarlanan işləri yerinə yetirmək üçün inkişaf etdirdiyini açıqlayıb.
Ay Tac








jpg-1698218707.webp)


jpg-1698214317.webp)


