• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Təxliyə edilənlərin vəziyyəti açıqlandı

CƏMİYYƏT

09 Yanvar 2024 | 14:18

Təxliyə edilənlərin vəziyyəti açıqlandı

Respublika Perinatal Mərkəzdən Yeni Klinikaya 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş təxliyə edilib.

Bunu Bakıvaxtı.az-a Yeni Klinikanın Neonotologiya şöbəsinin müdiri Əkbər Quliyev deyib.

O bildirib ki, klinikaya təxliyə olunanların hər birinin vəziyyəti stabildir:

“Təxliyə olunanlara bütün zəruri müdaxilələr edilib. Yeni Klinikanın aidiyyəti şöbələri səfərbər olaraq pasiyentlərin Perinatal Mərkəzdəki həkimləri ilə koordinasiyalı şəkildə müalicələrini davam etdirirlər”.

Sabunçu Tibb Mərkəzinə və Mərkəzin tabeliyindəki 2 saylı doğum evinə isə Respublika Perinatal Mərkəzdəki yanğın hadisəsindən sonra 3 hamilə, 6 yenidoğulmuş köçürülüb.

Mərkəzdən Bakıvaxtı.az-a verilən xəbərə görə, hamilə qadınlar Mərkəzə, yeni doğulan körpələr isə 2 saylı doğum evinə yerləşdiriliblər. Qeyd edilib ki, təxliyə edilənlərin vəziyyəti stabildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR