• Bakı 21° C

    8.99 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

NİİM sürücülərə MÜRACİƏT ETDİ: Yola çıxmazdan əvvəl...

CƏMİYYƏT

17 Iyun 2025 | 10:09

NİİM sürücülərə MÜRACİƏT ETDİ: Yola çıxmazdan əvvəl...

Paytaxtın Ziya Bünyadov, Tbilisi prospektləri, Bakı-Sumqayıt şosesində bir neçə yük avtomobilinin yollarda qalması metronun “Koroğlu”, “20 Yanvar” və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub.

Bakıvaxtı.az bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir.

Belə ki, xüsusilə də ağır çəkili, iri qabaritli yük avtomobillərinin bu səbəbdən yolun hərəkət hissəsində və kənarlarında qalmaları, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməmələri digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır. Bəzi hallarda bu diqqətsizlik və məsuliyyətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının görünüş dairəsində bu ilin Yanar-May ayları ərzində ümumilikdə 852 texniki nasaz avtomobili yolda qalıb ki, onların da bir neçəsi yük avtomobilləridir. 

Mərkəz belə sürülərə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalı, hərəkət zamanı nasazlıq yarandıqda qəza dayanma nişanı və işıq siqanlı yandırmaqla təhlükəsizliyi təmin edilməlidir.


SON XƏBƏRLƏR