Bu il 4-6-cı siniflərin qiymətləndirilməsində ilk dəfə elektron platformalardan istifadə olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məlumat verib.
Onun sözlərinə görə, 2025-ci il üçün hədəf elektron platformaların istifadəsini daha da genişləndirmək və qiymətləndirmə rəqəmlərini artırmaqdır.
“Milli və beynəlxalq qiymətləndirmələrdə, həmçinin müəllimlərin müxtəlif vəzifələri üzrə imtahanların elektronlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etmişik”, – deyə Nurlan İsmayılbəyli vurğulayıb.
Mina Mikayılova