"İrandakı rejimi güc yolu ilə dəyişməyə çalışmaq “strateji səhv”dir".
Bakıvaxtı.az Fransanın «Leparisien.fr» saytına istinadən bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
Onun sözlərinə görə, kənardan bombalarla vurmaqla bir ölkəni xilas edəcəyinə inanan hər zaman yanılır.
Bundan əlavə, Fransa prezidenti İsraili İranda mülki şəxslərə qarşı zərbələri dayandırmağa çağırıb:
"Hər iki tərəfin enerji, inzibati və mədəni infrastruktura, hətta daha çox mülki əhaliyə qarşı həyata keçirdiyi bütün zərbələrin dayandırılması vacibdir. Bunlara heç nə haqq qazandırmır və onlar tamamilə dözülməzdir".
Aydın Baxış