• Bakı 21° C

    8.99 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

İlham Əliyev Afrim Qaşini qəbul edib - FOTO

SİYASƏT

17 Iyun 2025 | 11:30

İlham Əliyev Afrim Qaşini qəbul edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirildi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Əlaqələrin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub, bu xüsusda Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olunub.

Qonaq vurğulayıb ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.

Görüşdə ölkələr arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparılıb, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.


SON XƏBƏRLƏR