• Bakı 21° C

    8.99 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Finlandiya prezidenti: Fələstini tanımağın mənası yoxdur

DÜNYA

17 Iyun 2025 | 12:34

Finlandiya prezidenti: Fələstini tanımağın mənası yoxdur

"Helsinki hazırda Yaxın Şərqdə davam edən qeyri-sabitlik və  İsrail ilə İran arasında münaqişənin kəskinləşməsi səbəbindən Fələstinin müstəqilliyini tanımaq niyyətində deyil".

Bakıvaxtı.az "Helsinki Times" qəzetinə istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.

Siyasətçi Fələstin dövlətinin mümkün tanınması üçün əsas şərtləri adlandırıb: 

"Bu şərtlərə Yaxın Şərqdə atəşkəs, İsraillə sülh danışıqlarının başlanması və iki dövlətin yaradılmasına dair razılaşma daxildir. Hazırda Fələstinin tanınmasının heç bir üstünlüyü yoxdur".

Xatırladaq ki, bu gün Fələstin dövləti Birləşmiş Millətlər Təşkilatına üzv olan 148 ölkə tərəfindən tanınır. Fələstin səfirlikləri və daimi nümayəndəlikləri 95 ölkədə fəaliyyət göstərir. 

Gülşən Şərif


SON XƏBƏRLƏR