"İşğaldan azad edilmiş ərazilərdə torpaqların icarəsində qarabağlılar iştirak etməyib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, torpaqlar yerli əhaliyə icarəyə verilmir:
“Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Qarabağda icarəyə verilən torpaqlarda 1 dənə də qarabağlı iştirak etmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Köçənlərə bu torpağı verin də. Böyük tikinti quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm”.
Mina Mikayılova






jpg-1732780801.webp)

jpg-1732778425.webp)

jpg-1732777650.webp)





