• Bakı C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.7813

    RUB - 1.6139

Bizim dəstəyə ehtiyacımız yoxdur: Tramp Cənubi Qafqazı yada salmayacaq

SİYASƏT

28 Noyabr 2024 | 09:31

Bizim dəstəyə ehtiyacımız yoxdur: Tramp Cənubi Qafqazı yada salmayacaq

“Cənubi Qafqazda hansısa fövqəlada hadisə baş verməzsə, ABŞ prezidenti Donald Tramp bizim bölgəmizi yada salmayacaq və əslində bu, müsbətdir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, ABŞ-nin Cənubi Qafqazda özünü göstərməsi üçün heç bir zərurət yoxdur:

"Azərbaycan öz məsələlərini həll edib. Ermənistanı bu gün daha çox narahat edən odur ki, Bayden Administrasiyası dövründə ermənilərə maddi yardım göstərilirdi, dəstək verilirdi. Ermənistan rəhbəriliyi maraqlıdır ki, bu layihələr davamlı olsun. Gürcüstanın da əli bir çox layihədən kəsilib. Tbilisi hökuməti ümid edir ki, Tramp hökuməti Bayden hakimiyyəti kimi Gürcüstana təzyiq göstərməyəcək”.

Rasim Musabəyov: Biz ABŞ ilə münasibətləri qarşılıqlı, normal əməkdaşlıq qaydasında saxlamaqda maraqlıyıq

Azərbaycana gəlincə, Musabəyov vurğulayıb ki, ölkəmizin ABŞ-dən ciddi istəkləri yoxdur:

“Bizim hərbi, maliyyə dəstəyə ehtiyacımız yoxdur. Heç diplomatik dəstəyə də ehtiyac duymuruq. Düzdür, ABŞ superdövlətdir və Vaşinqtonla kommunikasiyaların qurulması vacibdir. İstər-istəməz ABŞ-Rusiya qarşıdurması, İranla, Mərkəzi Asiya, Çinlə bağlı proseslər bizim bölgəyə də sirayət edə bilər. Yəni biz ABŞ ilə münasibətləri qarşılıqlı, normal əməkdaşlıq qaydasında saxlamaqda maraqlıyıq. Təbii ki, heç kim bizə yol göstərə, harasa yönəldə bilməz".

Aydın Baxış


SON XƏBƏRLƏR

27 Noyabr 2024