Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
1977-ci il təvəllüdlü Qasımov Rəhim Şəhriyar oğlu 1977-ci il təvəllüdlü Həsənov Şaban Şirin oğlu ilə mübahisə edib. Bu zaman Həsənov Şaban Qasımov Rəhimə bıçaq xəsarəti yetirib. Rəhim isə Şabanı küt alətlə yaralayıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib.
Qasımov Rəhim əməliyyat olunub. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
















