• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Tramp prezidentliyə namizədliyini qəbul edib

DÜNYA

19 Iyul 2024 | 09:46

Tramp prezidentliyə namizədliyini qəbul edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının onun prezidentliyə namizədliyini irəli sürməsini rəsmən qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp Miluokidə keçirilmiş Respublikaçılar Partiyası Milli Qurultayının son günündə bunu təsdiq edən sənədə imza atıb. Günün sonuna yaxın onun çıxışı gözlənilir.

Qeyd edək ki, 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Respublikaçılar Partiyası Donald Trampın namizədliyini irəli sürüb. Həmçinin keçmiş Prezident bu posta yenidən seçiləcəyi halda Ohayo senatoru Ceyms Devid Vansı vitse-prezident təyin edəcəyini elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026