• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Tramp "Twitter"i məhkəməyə verdi

DÜNYA

02 Oktyabr 2021 | 11:49 | Müəllif: Subhan Mahmudov

Tramp "Twitter"i məhkəməyə verdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Twitter" hesabının müvəqqəti qaytarılması üçün Florida ştat məhkəməsinə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

Qeyd olunur ki, D.Tramp hesabın tam qaytarılması ilə bağlı məhkəmə çəkişməsinin davam etdiyi müddət ərzində "Twitter" səhifəsinin müvəqqəti aktivləşdirilməsini tələb edir.

D.Tramp öz hesabının siyasi rəqiblərinin təzyiqi ilə bağlandığını bildirib.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidentinin "Twitter" hesabı, eləcə də digər sosial şəbəkə səhifələri bu ilin əvvəlində ABŞ Konqresinə hücumdan sonra bağlanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR