• Bakı C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 1.8403

    RUB - 0.0183

Tükürpədən OLAY: ana 3 uşağını öldürüb meyitləri ilə yaşadı - FOTO

DÜNYA

28 Noyabr 2023 | 19:41

Tükürpədən OLAY: ana 3 uşağını öldürüb meyitləri ilə yaşadı - FOTO

Pskov vilayətində bir ana üç uşağının cəsədi ilə üç ay yaşayıb. İki körpənin meyiti beşiklərdə, üçüncüsü isə çarpayıda ədyala bükülmüş vəziyyətdə olublar.

Bakıvaxtı.az bildirir ki, dünən Velikiye Lukidə nəvələrini ziyarət etməyə gələn nənə dəhşətli mənzərənin şahidi olub. Otaqda o, 4 yaşlı nəvəsinin skeletini uşaq bezində, yorğanla örtülmüş vəziyyətdə tapıb. İkincinin - bir yaşlı körpənin qalıqları çarpayının ikinci mərtəbəsində idi. 34 yaşlı Daria S. təqaüdçü anasına oğullarının bir həftə ara ilə avqust ayında yuxuda öldüklərini deyib. Ürəyi qırılan nənə başqa uşaqları axtarmağa başlayıb.

Ailənin Mokriki kəndindəki evində o, 8 yaşlı nəvəsini də ölü tapıb. Çarpayıda uzanıqlı olan meyitin üzəri yorğanla örtülü olub. Uşaqların anası üçüncü uşağı olan qızının da yuxuda ikən öldüyünü bildirib.

Nəticədə yalnız 5 yaşlı qızı sağ qalıb, o, qəyyumluq orqanlarına təhvil verilib. 12 yaşlı məktəbli oğlu isə nənəsi ilə yaşayıb.

Yayda Daria ana kapitalı ilə fərdi ev alıb və uşaqları ilə orada yaşayıb. Məlumata görə, əvvəlcə qızı avqust ayında ölüb. Ana iki oğlu və qızını da götürərək sevgilisi ilə Velikiye Lukidə kirayə mənzilə köçüb. Orada iki oğlu da ölüb. Amma bu, görünür, heç kimi narahat etməyib.

Faktla bağlı "İki və daha çox şəxsi öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Qadın saxlanılıb./lent.az


SON XƏBƏRLƏR

23 Fevral 2024