Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə cari ilin 31 mart tarixində Türkistanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ, Türk Şurası) qeyri-formal sammiti keçiriləcək.
Bu barədə Bakıvaxtı.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, TDƏŞ-in bütün üzv-dövlətlərinin başçıları və sözügedən təşkilatda müşahidəçi olan Macarıstanın Baş naziri forumda iştirakını təsdiqləyiblər.
Sammitin sonunda Türkistanın Türk dünyasının mənəvi paytaxtı elan edilməsinə dair Bəyannamənin imzalanması gözlənilir.
















