• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Türkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə - FOTOLAR

CƏMİYYƏT

12 May 2023 | 17:24

Türkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə - FOTOLAR

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan türkiyəli nümayəndə heyəti Ermənistan silahlı birləşmələrinin işğalından azad edilmiş ərazilərimizi ziyarət edib və burada dislokasiya olunan bölmələrimizdə olublar.

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.

Sonra nümayəndə heyəti ərazidə şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Komando və digər hərbi hissələri ziyarət edən türkiyəli nümayəndə heyəti hərbi qulluqçular üçün yaradılan xidməti döyüş və sosial-məişət şəraiti ilə tanış olublar.

Bölmələrimizin arsenalında olan döyüş texnikası ilə tanışlıqdan sonra nümayəndə heyəti, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını və döyüş hazırlığı məşqlərini izləyib.

Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşlərdə uğurla iştirak edən hərbi birliklərin keçdiyi döyüş yolu haqqında qonaqlara brifinq təqdim edilib.
 


Türkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə - FOTOLARTürkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə - FOTOLARTürkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə - FOTOLARTürkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə - FOTOLARTürkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə - FOTOLARTürkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə - FOTOLARTürkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə - FOTOLARTürkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə - FOTOLARTürkiyə nümayəndə heyəti azad edilmiş ərazilərdə - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026