• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Türkiyə Pentaqonu”nun tikintisi bu tarixdə tamamlanır

DÜNYA

01 Sentyabr 2024 | 23:43 | Müəllif: Gülşən Şərif

“Türkiyə Pentaqonu”nun tikintisi bu tarixdə tamamlanır

Türkiyədə "Ulduz və Aypara" mənasını verən "Ay Yıldız" müdafiə idarəsi üçün yeni binanın tikintisi başa çatmaq üzrədir.

Bakıvaxtı.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda "İslamnews" portalı məlumat yayıb.

Kompleks 12,6 milyon kvadratmetr sahədə yerləşəcək ki, bunun da 890 minini daxili məkanlar tutacaq.
 
Binada Türkiyə Müdafiə Nazirliyi, Baş Qərargah və Silahlı Qüvvələr idarəsi yerləşəcək. 2021-ci ildə başlanan layihə Amerika Pentaqonundan 1,5 dəfə böyükdür.
 
Bina aypara və ulduz formasındadır, xaricdən onbucaqlını("dekaqon") təmsil edir. Bu, Pentaqona bənzətməklə, onun adının variantlarından biri olacaq.
 
Layihə çərçivəsində yaşıllıqların salınması və 13 min ağacın əkilməsi də nəzərdə tutulub.
 
Kompleksin tikintisinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır. Aypara formalı binanın təməli 2021-ci ildə prezident Ərdoğan tərəfindən qoyulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026