• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb

DÜNYA

03 Iyul 2022 | 09:35

Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb

Türkiyə quruda mobil raket sistemindən atılan ATMACA idarə olunan raketi ilə Qara dənizdə müəyyənləşdirilmiş hədəfi vurub.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

ATMACA idarə olunan raketi ilk dəfə qurudan idarə olunan raket sistemindən dənizdəki hədəfi məhv etmək üçün buraxılıb.

Türkiyənin gəmi əleyhinə ilk raketi olan ATMACA uzaq məsafədə hədəfi dəqiqliklə vurub.

“Roketsan” şirkətinin istehsalı olan ATMACA 200 km məsafədə hədəfi məhv etməyə qadirdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR