• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Türkiyə tarixində bir İLK: hamı onlardan danışır - FOTO

DÜNYA

03 Sentyabr 2024 | 15:03

Türkiyə tarixində bir İLK: hamı onlardan danışır - FOTO

Türkiyə Silahlı Qüvvələri tarixində bir ilk yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, ilk dəfə olaraq Hərbi, Dəniz və Hərbi Hava Qüvvələri Akademiyasını 3 qadın leytenant birinciliklə bitirib.

2024-cü ildə Quru Qoşunları Hərbi Məktəbində Ebru Əroğlu, Hərbi Dənizçilik Məktəbində Şeyda Yıldırım və Hərbi Təyyarəçilər Məktəbində isə  İkra Kuyumcu təhsillərini  birinciliklə bitirməklə diplomlarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan alıblar.

Bəs bu uğurlu qadın leytenantlar kimlərdir?

Quru Qoşunları Hərbi Məktəbini birinciliklə bitirən leytenant Ebru Əroğlu 2000-ci ildə İstanbulun Kadıköy ərazisində doğulub. Əroğlu elə orta məktəbi də burada tamamlayıb. Cəmil və Nermin Əroğlu cütlüyünün ilk övladı olaraq dünyaya gələn Ebrunun rus dilini yaxşı bildiyi deyilir.

Hərbi Dənizçilik Məktəbini birinciliklə bitirən leytenant Şeyda Yıldırım 2002-ci ildə İzmitdə anadan olub. Osman və Nesrin Yıldırım cütlüyünün üç övladından birincisi olan Yıldırım ibtidai və orta təhsilini Kocaelidə başa vurduqdan sonra 2019-cu ildə Şehit Özcan Kan Elm Liseyini bitirib. Onun yaxşı dərəcədə ingilis dili bildiyi qeyd olunur.

Hərbi Təyyarəçilər Məktəbini birinciliklə tamamlayan leytenant İkra Kuyumcu isə 2001-ci ildə İzmirdə anadan olub. Kemalpaşada yaşayan Vedat və Zekavet Kuyumcu cütlüyünü üç övladından birincisi İkra Kuyumcu ibtidai və orta təhsilini Manisa Turqutluda başa vurduqdan sonra 2020-ci ildə İzmir Amerika Liseyini bitirib. Onun da ingilis və ispan dillərini yaxşı dərəcədə bildiyi deyilir. /qafqazinfo


SON XƏBƏRLƏR

14 Sentyabr 2024