• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə XİN Baydenin fərmanını qınadı

DÜNYA

13 Oktyabr 2022 | 17:20 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyə XİN Baydenin fərmanını qınadı

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ prezidentinin “Milli fövqəladə vəziyyət”ə dair fərmanına reaksiya verib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Türkiyə xarici siyasət idarəsi həmin fərmanı qınayan bəyanat yayıb.

Bəyanatda deyilir:

“ABŞ tərəfindən 2019-cu ilin oktyabr ayından Suriya kontekstində “Milli fövqəladə vəziyyət” başlığı ilə dərc edilən prezident fərmanı 2022-ci il oktyabrın 12-də təkrarlanıb. Ölkəmizə qarşı əsassız iddia və ittihamların yer aldığı bu fərmanı pisləyirik.

Ölkəmizin terrorla mübarizə, sərhəd təhlükəsizliyinin qorunması və Suriyadan qaynaqlanan separatçı terror təhdidlərinin aradan qaldırılması məqsədi ilə həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı ilə bağlı fərmandakı iddialar əsassızdır".

Bəyanatda qeyd olinur ki, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna və BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə dair qətnamələrinə uyğun olaraq həyata keçirilən “Sülh çeşməsi” əməliyyatı regionda sülh və sabitlik mühitini təmin edib.

"ABŞ-dan PKK/YPG terror təşkilatı ilə əlaqəni dayandırmasını və 17 oktyabr 2019-cu il tarixli Birgə Bəyanatın müddəalarını yerinə yetirməsini gözləyirik”, - deyə bəyanatda vurğulanır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026