• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə 130 terror aktının qarşısı alınıb

DÜNYA

14 Sentyabr 2021 | 09:10 | Müəllif: Subhan Mahmudov

Türkiyədə 130 terror aktının qarşısı alınıb

Türkiyədə təkcə bu il ərzində 130 terror aktının qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çəlik brifinq zamanı bəyan edib.

O, qeyd olunan terror aktlarından 126-nın PKK, 3-nün İŞİD, birinin isə ifrat solçu qrup tərəfindən planlaşdırıldığını bildirib.

Partiya sözçüsü Türkiyənin Əfqanıstan siyasətinə də toxunub. O, bu ölkədə yeni qurulan hökumətin kifayət qədər əhatəli olmadığını, buna baxmayaraq Kabildəki Türkiyə səfirliyinin öz fəaliyyətini davam etdirəcəyini vurğulayıb.  

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026