Türkiyədə “KUYU-36” əməliyyatları keçirilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, İstanbulda təşkil edilən əməliyyatda Barış Boyun və Berat Can Gökdemirin başçılıq etdiyi Daltons mütəşəkkil cinayət qrupunun 157 şübhəlisi tutulub.
Bildirilib ki, ünvanlarda aparılan axtarışlar zamanı 40 sənədsiz tapança, 10 avtomat tapança, 5 ov tüfəngi, 3 uzunlüləli tüfəng, 2 əl qumbarası, 2 polad jilet, müxtəlif miqdarda narkotik vasitə və külli miqdarda xarici valyuta və türk lirəsi ələ keçirilib.
Mina Mikayılova




jpg-1731736591.webp)











