Türkiyədə avqustun 3-nə olan koronavirus statistikası açıqlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, ölkədə sutkalıq yoluxma sayı 27 minə yaxınlaşıb.
Belə ki, son 24 saat ərzində 262 048 nəfərin COVID-19 testi yoxlanılıb. Onlardan 26 822-nin cavabı müsbət çıxıb.
Həmçinin, gün ərzində 122 nəfər koronavirusun qurbanı olub.
Bununla yanaşı, sutka ərzində ölümcül virusdan sağalanların sayı 6096 nəfər təşkil edib.
















