Türkiyənin Bingöl şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 04:55-də (Bakı vaxtı ilə 05:55 - red.) baş verən zəlzələnin ocağı 7,43 kilometr dərinlikdə olub.
İtki və dağıntılar yoxdur.


jpg-1691731344.jpg)













