• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Türkiyənin ABŞ-ə ixracı 12 milyard dolları keçib

İQTİSADİYYAT

06 Dekabr 2024 | 12:56

Türkiyənin ABŞ-ə ixracı 12 milyard dolları keçib

Bu ilin 11 ayı ərzində Türkiyənin ABŞ-a ixracı 12 milyard dolları keçib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarında yer alıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə ABŞ-yə 11,2 milyard dollarlıq ixrac edilib.

Türkiyə ABŞ şirkətləri üçün əhəmiyyətli bir cazibə mərkəzi olmağa davam edir. Xüsusilə Türkiyə və ABŞ-nin ikitərəfli münasibətlərini daha da yaxınlaşdırmaq səyləri xarici ticarətə də müsbət təsir göstərir.

Bildirilib ki, ABŞ-ə ixracatda xüsusilə sənaye sektoru ön plana çıxıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025