• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Türkiyənin Bakıdan istəyi Şimali Kiprlə təması gücləndirməsidir

SİYASƏT

10 Avqust 2022 | 16:54

Türkiyənin Bakıdan istəyi Şimali Kiprlə təması gücləndirməsidir

“Azərbaycan prezidenti İlham Əliyev Konyada İslam oyunları çərçivəsində türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla yanaşı Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Ersin Tatarla görüşüb, onunla fikir mübadiləsi aparıb. Ersin Tatar “tviter” səhifəsində yazıb ki, İlham Əliyevlə görüş zamanı əlaqələrin inkişafını müzakirə edib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq deyib ki, rəsmi Bakı Qarabağ məsələsinə görə uzun müddətdir Kiprin müstəqilliyini tanımır:

“Ehtiyat edilir ki, yunanlar Azərbaycan əleyhinə Qarabağ separatçıları ilə əlaqələr qura bilərlər. Əslində Yunanıstanın və Kipr Yunan Respublikasının erməni separatizminə simpatiyası sirr deyil, İrəvanla üçlü format də təsis ediblər. Azərbaycan Qarabağda separatizmi tam bitirdikdən sonra Şimali Kipr Türk Cumhuriyyətini rəsmən tanımaq imkanı qazanacaq".

Onun sözlərinə görə. buna qədər Azərbaycanın Şimali Kiprlə sıx iqtisadi və turizm əlaqələrini inkişaf etdirməyə heç nə mane olmur: "Mərhum dövlət başçısı Heydər Əliyev 1990-cı illərin sonunda Şimali Kipr Türk Cumhuriyyətinin əfsanəvi lideri Rauf Denktaşı Bakıya dəvət etmişdi. Bundan sonra Bakı-Lefkoşe təyyarə reysinin açılması gündəmdə idi, iş yarımçıq qaldı”.

Ekspert vurğulayıb ki, Kiprin gözəl turizm məkanları, Türkiyə üzərindən yay aylarında adada dincəlməyə gedən soydaşlarımız var:

“Kipr universitetlərində təhsil alan tələbələrimiz az deyil. Ticarət əlaqələrini genişləndirmək üçün də imkanlar var. Ankaranın da Bakıda istəyi Azərbaycanın Şimali Kipr Türk Cumhuriyyəti ilə təmasları və gediş-gəlişləri yoğunlaşdırmaqdır. Təsadüfi deyil ki, Türkiyə Cumhurbaşqanı İlham Əliyev və Ersin Tatarla birgə şəkil çəkərək paylaşmağı lazım bilib”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026