• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkmənistanda qadınlara ŞOK QADAĞA

DÜNYA

14 Iyun 2022 | 23:41

Türkmənistanda qadınlara ŞOK QADAĞA

Türkmənistanda qadınlar üçün kosmetika satan mağazalar yoxlanılmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, istehlakçıların “sağlamlığına və görünüşünə” zərər verə biləcək kosmetik məhsullar rəflərdən uzaqlaşdırılıb.

Satıcıların və alıcıların dediyinə görə, onlarda belə bir təəssürat yaranıb ki, müfəttişlərin dəqiq göstərişləri yoxdur və onlar nəyin satıla biləcəyini, nəyin satıla bilməyəcəyini göz ilə müəyyən edirlər.

Bir qayda olaraq, rəflərdən dırnaq boyası, dodaq boyası, tuşu yığışdırmağı tələb edirlər. Gigiyena vasitələri - şampunlar, gellər və kremlərin satışına icazə verilir.

Xatırladaq ki, aprel ayında Türkmənistan hakimiyyəti qadınların zahiri və mənəvi görünüşünü müzakirəyə çıxarmışdı.

Ölkədə tələbələr və məktəbli qızlara milli adət-ənənələrə riayət etməyin zəruriliyi aşılanmışdı. Saçların rənglənməsi, ifrat makiyaj, kirpik və dırnaq uzatma, dodaq böyütmə prosedurlarının yolverilməzliyi diqqətə çatdırılıb.(teleqraf.com)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026