• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

UEFA Belçika – İsveç oyunu ilə bağlı qərarını AÇIQLADI

İDMAN

19 Oktyabr 2023 | 16:52

UEFA Belçika – İsveç oyunu ilə bağlı qərarını AÇIQLADI

AVRO-2024-ün seçmə mərhələsində keçirilən Belçika – İsveç oyunu ilə bağlı qərar verilib.

Bakıvaxtı.az xəbər verir ki, UEFA yarımçıq dayandırılan görüşün davam etdirilməməsini məqsədəuyğun bilib.

Oktyabrın 16-da baş tutan matç zamanı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər öldürüldüyündən, komandalar ikinci hissədə meydana çıxmamışdılar. Həmin vaxt hesab 1:1 olub. Qitə futbol qurumu ikinci hissənin oynanılmamasını, 1:1-in yekun hesab kimi qəbul edilməsini qərara alıb.

Bu üzdən F qrupunda yer alan komandaların hərəsinə 1 xal verilib. Sarı vərəqələr və vurulan qollar qüvvədə saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR