Mayın 30-na keçən gecə Rusiya ordusu İranın Şahed-136/131 hücum pilotsuz təyyarələri ilə yenidən Ukraynaya hücum edib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri 31 PUA-dan 29-nu məhv edib.
"Hərbi Hava Qüvvələrinin qüvvə və vasitələri Ukrayna Müdafiə Qüvvələrinin digər komponentlərinin hava hücumundan müdafiəsi ilə birgə 29 zərbə PUA-nı məhv edib. Demək olar ki, bütün pilotsuz təyyarələr paytaxtın kənarında və Kiyev səmasında vurulub", - nazirliyin açıqlamasında deyilir.
Baş verənlərlə bağlı Ukraynanın bəzi vilayətlərində hava xəbərdarlığı elan edilib.
Məlumata görə, PUA hücumu nəticəsində Kiyevin müxtəlif yerlərində insan tələfatı və dağıntılar var. Qoloseyevskidə - evdə yanğın olub, bir nəfər ölüb, üç nəfər yaralanıb.
Peçerski rayonunda dağıntılar avtomobillərə ziyan vurub. Darnitski rayonunda fərdi yaşayış evi yanıb, avtomobillərə ziyan dəyib.
Podolski rayonunda dağıntılar qeyri-yaşayış binalarına, Svyatoşinskidə isə müəssisələrdən birinin ərazisinə düşüb. Bütün yerlərdə təcili yardım xidməti var.
Murad Məmmədli
















