• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna Baxmutla bağlı qərarını verdi

DÜNYA

06 Mart 2023 | 16:40

Ukrayna Baxmutla bağlı qərarını verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Qərargahın iclasını keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski Baş Komandan Valeri Zalujnı və operativ-strateji qoşun qruplaşmasının rəhbəri Aleksandr Sırskiyə Baxmut istiqamətində gələcək fəaliyyətlərlə bağlı suallar verib.

Hər iki şəxs müdafiə əməliyyatının davam etdirilməsinin və Ukraynanın Baxmutda mövqelərinin daha da möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildiriblər.

İclasda Baxmutun müdafiəsinin gücləndirilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, “Bild” nəşri Baxmut məsələsində Prezident Vladimir Zelenski ilə Baş Komandan Valeri Zalujnı arasında fikir ayrılıqlarının olduğunu bildirmişdi.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026